Namiq Xəlilov: "Azərbaycanın sığorta şirkətləri xərclərini optimallaşdırmalıdır"
"Statistika onu göstərir ki, sığorta müqavilələrinin və sığortadan nəsə almağı düşünənlərin sayı artır. Elə bir ölkə yoxdur ki, orada sığortadan şikayət olmasın. İstər Avropa, istərsə də ABŞ-da. Müşahidələr göstərir ki, şikayətlərin bəzilərinin əsasında maarifsizlik durur. Sığortaolunanla şirkət arasında münasibət hüquqi münasibətdir. "İcbari sığortalar haqqında" qanunda sığorta risklərinin arasında yağan qarın ağırlığından yaranan zərər yoxdur. Elə şikayətçi var ki, birdən 20 dövlət orqanına yazır. Bir çox hallarda şikayətlər daha tez şirkətlərin özündə baxıla bilər. Bizdə narazı qalan dərhal dövlət orqanına şikayət yazır. Halbuki, birinci şirkətə müraciət edilməlidir", - deyə N.Xəlilov qeyd edib.
DSNX başçısı sığorta ombudsmanı məsləsinə də toxunub: "Sığorta ombudsmanı o demək deyil ki, istənilən şəxs istənilən vaxt müraciət edə bilər. Birinci, şirkətə müraciət etməlidir. 60 gün ərzində cavab almırsa və ya şirkətin cavabından narazı qalarsa, onda ombudsmana müraciət edə bilər".
O həmçinim bildirib ki, təhsildə sığorta sahəsində müəyyən boşluqlar var: "Azərbaycan Sığortaçılar Assosiasiyasında tədris mərkəzinn formalaşmasi prosesi gedir. İngiltərənin məşhur universitenin dərsliyi Azərbaycan dilinə tərcümə olunur. Gələcəkdə tədris kursları təşkil oluncaq, müəyyən sertifikatlar verilcək. Bu istiqamətdə işlər gedir".
N.Xəlilov sığorta agentlərinin gəlirindən 20% vergi tutulması məsələsinə də toxunub və qeyd edib ki, sığorta agentləri özlərinə yeni qazanc sahələri axtarmalıdır: "Sığorta agentləri işsiz qalmyacaq. Agentlərin fəaliyyəti tək icbari avtomobil siğortası ilə bağlı deyil. Bu, müəyyən qədər təsir edə bilər. Sığorta agentləri özlərinə yeni sabələr axtarsınlar. Əgər qazancları azalarsa, başqa sahələrlə maraqlansınlar".
"Hazırda müşahidə aparırıq ki, zərərlilik nə qədərdir. Əgər artım varsa, hansı səviyyədir. Tariflərə yenidən baxmağı lazım gəlib-gəlmədiyini müəyyən etmək üçün müşahidələr aparırıq. Bahalaşmanın təsiri o qədər deyil ki, sığortanı şirkətlər üçün səmərəsiz etsin. Bildiyiniz kimi, zərər iki hissədən ibarətdir. Zərər əmsalı - sığorta haqqınn hansı hissəsi ödənişlərə yönəldilib və xərc əmsalı - işin aparılması xərcləri. Hazırda ödənişlər üzrə əmsal kifayət qədər normaldır. Şirkətlərin işin aparılması xərclərini optimallaşdırmaq imkanı var, artıq xərclərdən imtina etməlidir. Xərclərin azaldılması rəqabət imkanını da artırır. Bu daimi prosesdir", - deyə Xidmət rəhbəri bildirib.
Bununla yanaşı, DSNX rəhbəri əlavə edib ki, statistika sığorta bazarında müsbət artım dinamikasının davam etdiyini göstərir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05