Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Əfqanıstanın keçmiş Prezidenti Həmid Kərzayi və sabiq xarici işlər naziri Rangin Dadfar Spantanın Azərbaycana səfəri 26-29 aprel tarixlərində baş tutacaq.

Əfqanıstanın Bakıdakı səfiri Mohammad Taqi Xalilinin Trend-ə verdiyi məlumata görə, qonaqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun əməkdaşlığı çərçivəsində 27-29 aprel 2015-ci il tarixlərində Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak məqsədilə Bakıya səfər edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az