Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə son danışığında ondan Türkiyə iqtisadiyyatındakı problemlərlə bağlı heç bir kömək istəməyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə jurnalistlərə rusiyalı liderin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr, heç bir xahiş daxil olmayıb", - deyə o qeyd edib.

İki liderin 10 avqust tarixli telefon danışıqlarının məzmununu şərh edən Kreml rəsmisi xatırladıb ki, ikitərəfli layihələr, o cümlədən "Türk axını" qaz kəməri və "Akkuyu" AES müzakirə olunub.

Milli.Az