Nazirlər Kabinetinin qərarına əsasən, bundan sonra Azərbaycanda 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün 20 qram qızıl və 0,5 karat almazı gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirə biləcəklər.
"Sınıq Körpü" nəzarət-buraxlış məntəqəsindən yeniliklər barədə məlumat almaq istəsək də, bununla bağlı bilgili olan tapılmadı. Kəpəz TV (Region TV) xəbər verir ki, Gürcüstandan ölkəmizə keçən vətəndaşlar isə yeni qaydaların tətbiq edilmədiyini, onların gətirdiyi tütün məmulatlarının alınaraq saxlama anbarına yığıldığını bildirdilər. Bundan başqa, gedib-gələnləri maarifləndirmək üçün hər hansı lövhələrin olmadığını da dilə gətirdilər.
Milli.Az