Bakının Ziya Bünyadov və Azadlıq prospektlərini birləşdirən 4 kilometr uzunluğundakı avtomobil yolu sahəsində asfalt-beton örtüyünün döşənməsi üzrə işlər sürətləndirilib. Bu barədə Trend-ə ASC-dən deyiblər.

Yolun 2,5 kilometr uzunluğundakı sahəsi Bakının Binəqədi, 1,5 kilometri isə Nərimanov rayonu ərazisindən keçir.

Hazırda avtomobil yolunun 1,5 kilometr sahəsində köhnə asfalt-beton örtüyünün sökülməsi üzrə işlər başa çatıb.

ASC-dən bildirilib ki, işlər günün gecə saatlarında (avtomobillərin hərəkətinin az olması nəzərə alınmaqla) sürətli templə aparılır.

Milli.Az