İlkin məlumata görə, "Radikal partiya" franksiyasından olan deputat Andrey Lozovonu həmkarlarından birinin sözləri qıcıqlandırıb.
O, qoltuq ağacları ilə "Peto Poroşenko bloku" olan sektora gəlib və mübahisə etməyə başlayıb. Sözlə başlayan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Lakin digər parlamentarilərin müdaxiləsi ilə davanın böyüməsinin qarşısı aalınıb.
Hələlik mübahisənin dəqiq səbəbləri bəlli deyil.
Qeyd edək ki, Ukrayna Ali Radasında bənzər mübahisələr tez-tez baş verir.

Mənbə
ANS PRESS