Bakı, 22 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan kuboku yarışlarının final görüşünün keçiriləcəyi yer müəyyənləşib.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, kubok uğrunda həlledici oyun iyunun 3-də Qəbələ şəhər stadionunda keçiriləcək.
Finalda “Neftçi” və “Qarabağ” komandalara mübarizə aparacaq.