Kənd təsərrüfatı naziri FAO-nun ölkəmizə yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizə yeni təyin olunmuş nümayəndəsi Mustafa İmirlə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir Heydər Əsədov Azərbaycanın tarixən aqrar ölkə olduğunu, müstəqillik əldə etdikdən sonra iqtisadiyyatımızın yüksək templə inkişaf etdiyini, ölkə rəhbərliyinin aqrar sektora böyük önəm verdiyini, bu sahənin inkişafı ilə bağlı mühüm qərar və sərəncamların qəbul edildiyini qonağın diqqətinə çatdırıb.
Nazir qeyd edib ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür və hazırda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının marketinqi, çəyirtkələrə qarşı mübarizənin yaxşılaşdırılması, ərzaq təhlükəsizliyi, toxum sektorunun inkişafı, kənd əhalisinin yaşayışının yüksəldilməsi, heyvan sağlamlığı və heyvandarlıqda damazlıq işinin təşkili kimi bir çox sahələrdə FAO-nun texniki yardımından faydalanır.
Azərbaycanın ərzaq, kənd təsərrüfatı və təbii ehtiyatlar sahəsində böyük potensiala malik olduğunu, eləcə də mühüm nailiyyətlərə imza atdığını deyən Mustafa İmir respublikamızda aqrar sektorun inkişafı üçün öz təcrübəsindən və bacarığından istifadə edəcəyini diqqətə çatdırıb. Mustafa İmir Kənd Təsərrüfatı Nazirliyi ilə FAO arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33