Bu gün ilin sonuncu Günəş tutulması baş verəcək.
Bu barədə Publika.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Rəsədxanadan bildirilib ki, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq, saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq.
İlin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.