BMT-nin baş katibi: mühacirlərə Avropaya keçmək üçün alternativ kanal təklif etmək lazımdır
Bakı, 22 aprel, AZƏRTAC
BMT-nin baş katibi Pan Gi Mun İtaliyanın Baş naziri Matteo Rensi ilə telefon danışığı zamanı Aralıq dənizini keçmək istəyərkən tələf olan mühacirlərlə bağlı vəziyyəti müzakirə edib və Avropa ölkələrini bu insanları təhlükəsiz alternativ kanalla təmin etməyə çağırıb. Bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda, həmçinin BMT-nin baş katibi və İtaliyanın Baş nazirinin Aralıq dənizini keçən mühacir və qaçqınların təhlükəsizliyinə görə beynəlxalq ictimaiyyətin də məsuliyyət daşıdıqları barədə razılığa gəldiyi bildirilir.
Böhrana reaksiya verdiyinə görə İtaliyaya minnətdarlığını bildirən Pan Gi Mun Aralıq dənizində inkişaf etmiş ümumi Avropa xilasetmə mexanizminin vacibliyini vurğulayıb.
BMT-nin məlumatına görə 2014-cü ildə Avropa sahillərinə keçməyə cəhd edərkən ən azı 3,5 min nəfər həlak olub. Bir neçə gün öncə Aralıq dənizində baş verən ən iri gəmi qəzası nəticəsində isə Liviyadan olan 700 mühacir itkin düşüb. Beynəlxalq Miqrasiya Təşkilatı 2015-ci ilin ötən dövründə artıq 1,7 min adamın dənizdə boğularaq həyatını itirdiyini qeyd edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33