İngiltərə Premyer Liqasının 2018/2019-cu il mövsümünün birinci turunda “Mançester Yunayted” “Lester Siti”ni qəbul edib.
Publika.az xəbər verir ki, 90 dəqiqənin sonunda gülən tərəf meydan sahibləri olub.
Pol Pogba oyunun hələ 3-cü dəqiqəsində “Mançester Yunayted”i penalti zərbəsi ilə önə keçirib - 1:0. Matçın ikinci hissəsinin sonunda - 82-ci dəqiqədə "Mançester Yunayted” hesab arasındakı fərqi artırıb. Xuan Matanın ötürməsindən sonra Luka Şov fərqlənib - 2:0. Matçın əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə "Lester Siti"nin heyətində Ceyms Vardi fərqlənsə də, bu, qonaqların məğlubiyyətdən xilas olmasıüçün kifayət etməyib - 2:1
Oyunda qeydə alınan ən maraqlı epizodları və vurulan qolları təqdim edirik.