Prezident İlham Əliyev T.Ə.Göyçayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Teymur Ənvər oğlu Göyçayev "Şöhrət" ordeni ilə təltif edilsin.

Milli.Az