Müğənni Xatirə İslam çəkisindən narazıdır.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, “İncə+” verilişinə açıqlamasında sənətçi pəhriz saxlamadığını və idmanla məşğul olmadığını deyib:

“Sadəcə, çalışıram, sağlam qidalanım. Yalandan deyə bilmərəm ki, heç nə yemirəm. Yeməyimi azaltmışam. Məsələn, dünən gecə acmışdım. Əvvəl acan kimi nə oldu, yeyirdim. Amma indi nəfsimi saxladım və ac yatdım. Elə paltarlarım var ki, xaricdən gətirmişəm, amma geyinməmişəm. Əynimə olmur. İstəyirəm, ölçüm 36-ya düşsün. Alınmır... İndi 40 ölçüdə geyinirəm”.

Milli.Az