"Report"un xəbərinə görə, DİN-in rəsmi saytında yer alan məlumatda bildirilib ki, aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən "Avropa" otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyevin xəstəxanaya yerləşdirilib. Nəsimi Rayon Polis İdarəsi (RPİ) 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Bakı şəhər sakini Sənan Quliyev tərəfindən törədildiyi müəyyən edilib.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.