"Sauthempton"un yarımmüdafiəçisi Cey Rodriqes "Mançester Siti"nin maraq dairəsinə düşüb.
Metbuat.az "Manchester Evening News"a istinadən xəbər verir ki, "şəhərlilər" ingilis futbolçuya görə 20 milyon funt ödəməyə hazırdı. Lakin "Sauthempton" rəhbərliyi yarımmüdafiəçini satmaq istəmir.
Cey Rodriqes dizindəki zədə səbəbindən cari mövsümdə meydana çıxmayıb.