Azərbaycan, Bakı, 22 aprel /Trend/
Rusiyada adam öldürdüyünə görə axtarışda olan şəxs tutulub.
Trend-in DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Elsevər Qəhrəmanov tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az