Qəbələ rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Kürd kəndində 6 ha biçilmiş taxıl sahəsi və 4 ha sahədə kol-kos yanıb.

Qeyd olunur ki, Türyançay Dövlət Təbiət Qoruğu yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az