"Biz hesabı açandan sonra "Qarabağ” hücuma atıldı. Bu da
bizim işimizə yaradı”.
Bu sözləri BATE-nin baş məşqçisi Aleksey Baqa Çempionlar Liqasının
3-cü təsnifat mərhələsinin "Qarabağ”la ilk oyunundan (1:0) sonra
keçirilən mətbuat konfransında deyib.
- Yekun nəticə komandaların gücünün
göstəricisidir?
- Demək çətindir. Hesabı açdıqdan sonra rəqib meydan sahibi kimi
təzyiqi artırdı. Biz isə 2-ci qolu vurmaq istəyirdik. Oyunda hesabı
açmağımız həlledici oldu.
- Karyeranız ərzində səfərdə qalib gəlib, mərhələ
keçmədiyiniz olub?
- Xatırlamıram. Ümid edirəm ki, bundan sonra olmayacaq. Qarşıda
hələ bir həftə var. Bizim üçün çətin olacaq. Komanda fiziki
cəhətdən gərgin həftə keçirdi.
- Bu gün analiz nəticəsində təxmin etdiyiniz "Qarabağ”ı
gördünüz?
- Komandanın ötən mövsüm Çempionlar Liqasının təsnifat və qrup
mərhələsindəki oyunlarını, eləcə də yoxlama matçlarını izləmişdik.
"Qarabağ” yüksək texnikaya malik oyunçulardan qurulmuş bir
komandadır. Bu gün təxmin etdiyimiz komandanı gördük.
- Oyunu PSV nümayəndələri də izləyirdi...
- PSV nümayəndələrinin bu oyunda olması heç bir önəm daşımır. Çünki
hələ Belarusda cavab matçı var. Onların bura gəlməsi "Qarabağ” və
PSV-yə nə dərəcədə önəm verdiklərini göstərir (Qol.az).