Bakı, 22 aprel, AZƏRTAC
Bu il dünya neft sənayesində investisiyaların həcmi 120 milyard dollar azalıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə bp şirkətinin baş icraçı direktoru Robert Dadli məlumat verib. O bildirib ki, son zamanlar neftin qiymətinin ucuzlaşması enerji resurslarının istehsalçı və istehlakçılar arasında 1,3 milyard dollar məbləğində vəsaitin yenidən bölüşdürülməsinə gətirib çıxarıb.
2015-ci ilin əvvəlində dünya bazarında neftin qiyməti 45 dollaradək ucuzlaşıb. Fevralın əvvəlindən isə “Brent” markalı neftin qiyməti yenidən bahalaşaraq 60 dollar səviyyəsinə çatıb.