Bu gün dənizdə batan 3 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən məlumata görə, bu gün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Zağulba, Mərdəkan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub.
Milli.Az