Almaniyanın Sarbryuken şəhərində 91 yaşlı kişi maşınla supermarketlərdən birinə girib.

Publika.az DPA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər zərər çəkib.

Polis əməkdaşının məlumatına görə, onlardan 3-ü ağır vəziyyətdədir.

Sürücünün özü də yaralanıb. Polis təxmin edir ki, kişi nəqliyyat vasitəsi üzərində nəzarəti itirib.