“Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km –də sürüşmə sahəsində iyul ayı ərzində aparılmış müşahidələrə əsasən avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud sürüşmə sahəsinin ölçülərində artım qeydə alınıb”.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Onun sözlərinə Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də də sürüşmə prosesində aktivləşmə və lokal sahələrdə uçqun prosesləri qeydə alınıb.
“Abşeron rayonu Masazır qəsəbəsi “Zəli gölü” adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Nübar qəsəbəsində də sürüşmə-çökmə sahəsində nisbi aktivlik müşahidə edilib. İyul ayı ərzində Maştağa-Zabrat, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Zabrat-Məhəmmədli subasma sahəsi, eləcə də Savalan subasma sahəsində prosesin dinamikasında stabil gərginlik müşahidə edilir.
Binəqədi rayonu 1-ci mədən yaşayış sahəsində, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik qeydə alınıb”.
Gülxar