Çinin cənub-qərbində Sıçuan vilayətində polis məntəqəsinə bıçaqlı hücum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində məntəqədə bir neçə polis əməkdaşı, eləcə də mülki şəxslərin yaralandığı bildirilir. Ağır yaralanan daha 2 polisin dünyasını dəyişdiyi deyilir.

Hücum edən şəxsin qətldə şübhəli bilindiyi qeyd olunur.

Həmin şəxs atəş nəticəsində zərərsizləşdirilib.

Milli.Az