Bu gün Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Publika.az-a “Azərsu”ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, məhdudiyyətə səbəb Bakı şəhəri Yasamal rayonu Qanlıgöl ərazisində su təchizatı infrastrukturunda yenidənqurma işlərinin aparılmasıdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.