Mərkəzi Afrika Respublikasında güllələnərək qətlə yetirilmiş rusiyalı jurnalistlərin, o cümlədən əslən azərbaycanlı olan Orxan Camalın cənazələri "Air France" aviaşirkətinin "1144" saylı reysi ilə Moskvaya gətirilib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, layner yerli vaxtla 00:21-də Şeremetyevo hava limanına eniş edib.
Orxan Camalın dostu Maksim Şevçenko bildirib ki, meyitlər səhər saatlarında morqa təhvil veriləcək.
"Meyitlər bizə dərhal verilməyəcək, onlar istintaqa təhvil veriləcək", - deyə Şevçenko bildirib. O, həmçinin əlavə edib ki, Rusiya İstintaq Komitəsi tərəfindən ekspertizanın aparılmasına azı 2 gün sərf olunacaq.
Məlumata görə, Orxan Camal avqustun 8-də dəfn olunacaq.
Bakıda 32 dərəcə isti olacaq - Hava proqnozu - Oxumaq üçün tıkla