Fransanın PSJ klubu ardıcıl olaraq 6-cı, ümumilikdə isə 9-cu dəfə ölkə superkubokunun qalibi olub.

Publika.az xəbər verir ki, Paris futbolçuları Çinin "Şençjen Siti" stadionunda keçirilən qarşılaşmada “Monako”nu 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qalib komandanın heyətində Anxel Di Mariya dubl edib, Kristofer Nkunku və Timoti Vea isə hərəyə bir dəfə fərqləniblər.

Oyunda vurulan qolları və ən maraqlı epizodları təqdim edirik: