Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov Yerevandan Moskvaya gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, daha öncə Xaçaturovun vəkili Miqran Petrosyan bəyan etmişdi ki, baş katib avqustun 6-dan vəzifəsinin icrasına başlaya bilər.

Ermənistanın Xüsusi İstintaq Xidməti Yuri Xaçaturova qarşı 1 mart 2008-ci il tarixdə nümayişin dağıdılması ilə bağlı ittiham irəli sürüb. Həmin dövrdə Xaçaturov Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonuna rəhbərlik edib.

Xaçaturov saxlanılsa da, daha sonra azad edilib.

Yuri Xaçaturov 2017-ci ildə KTMT-nin baş katibi təyin olunub. Onun səlahiyyət müddəti 2020-ci ildə sona çatır.

Milli.Az