Türkiyənin "Konyaspor" klubu məşhur futbolçu Samuel Eto ilə yollarını ayırır.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə təmsilçisi 37 yaşlı təcrübəli hücumçu ilə müqaviləni ləğv etməyi qərara alıb.
Yanvar ayında komandaya cəlb olunan kamerunlu oyunçu "Konyaspor"la 2.5 illik müqavilə imzalamışdı. Fransanın "Nim" klubu Eto`Onu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Samuel Eto`O karyerası ərzində İspaniyanın “Real Madrid”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, İtaliyanın “İnter”, “Sampdoriya”, Rusiyanın “Anji”, İngiltərənin “Çelsi”, “Everton” və Türkiyənin “Antalyaspor” komandalarında çıxış edib.
105 yaşlı həkim bütün sirləri açdı - Çox yaşamaq üçün... / VİDEO - Oxumaq üçün tıkla