Sabunçu rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, avqustun 2-də saat 23 radələrində Sabunçu rayonu Heydər Əliyev prospektində Bakı şəhər sakini Nəriman Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Vüsalə Yusifzadəni vurub.

Xəstəxanaya yerləşdirilmiş V.Yusifzadə orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ - Oxumaq üçün tıkla