[ 22 Aprel 2015 09:25 ]
Bakı - APA. 2015-ci ildə dünya neft sahəsinə sərmayələrin həcmi 120 mlrd. dollar azalıb.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə BP şirkətinin rəhbəri Robert Dadli beynəlxalq "IHS CERAWeek 2015" konfransında bildirib.
Onun sözlərinə görə, neftin ucuzlaşması enerji resurslarının istehsalçı və istehlakçılar arasında 1,3 mlrd. dollar həcmində vəsaitin yenidən bölüşdürülməsinə səbəb olub.
Qeyd edək ki, bu ilin əvvəlində dünya bazarında neft iki dəfədən çox ucuzlaşaraq 45 dollara düşüb. Lakin yanvarın sonunda - fevralın əvvəlində "Brent" markalı neft yenidən bahalaşaraq 60 dollar səviyyəsinə çatıb.