İdman

"Qalatasaray"dan transfer şousu -

Məşqçi açıqladı

Metbuat.az

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk komandanın transfer planları ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, təcrübəli mütəxəssis yay transfer dövründə heyəti gücləndirmək üçün işlərin davam etdiyini bildirib. Okan Buruk hücum xətti üçün üç, müdafiə üçün isə bir futbolçunu nəzərdən keçirdiklərini açıqlayıb. O bildirib ki, futbolçuların komandaya mümkün qədər tez qoşulmasını istəsələr də, bəzi keçidlər vaxt aparır.

Buruk Can Uzunun klubun geniş transfer siyahısında yer aldığını, lakin hazırda bu istiqamətdə yeni inkişaf olmadığını söyləyib.