İdman

​UFC Fight Night Baku:

Rəsmi çəkiölçmə mərasimi keçirildi

Metbuat.az

Bu gün UFC Fight Night: Fiziev vs. Torres turniri çərçivəsində rəsmi çəkiölçmə mərasimi keçirildi.

Metbuat.az xəbər verir ki, turnirdə çıxış edəcək bütün döyüşçülər çəkilərini uğurla verərək müəyyən edilmiş limitləri aşmayıblar.

Gecənin Əsas Döyüşü:

Yüngül çəki: Rafael Fiziev (70,76 kq) - Manuel Torres (70,76 kq)

İkinci Əsas Döyüş:

Orta çəki: Şara Maqomedov (84,36 kq) - Mişel Pereyra (84,14 kq)

Əsas Döyüşlər:

Yüngül çəki: Nazim Sadıxov (70,76 kq) – Mateus Kamilo (70,76 kq)

Super yüngül çəki: Asu Almabayev (57,15 kq) – Çarliz Conson (56,92 kq)

Orta çəki: İkram Aliskerov (84,36 kq) – Brunno Ferreyra (83,91 kq)

Orta çəki: Abus Maqomedov (84,14 kq) – Mixal Olekseyçuk (84,36 kq)

İlkin Döyüşlər:

Yarımorta çəki: Fərman Həsənov (77,33 kq) – Erik Nolan (77,33 kq)

Yarım ağır çəki: Abdul Raxman Yaxyayev (93,44 kq) – Julius Volker (93,44 kq)

Orta çəki: Nursulton Ruziboyev (84,36 kq) – Andrey Pulyayev (84,36 kq)

Yarım yüngül çəki: Kaan Ofli (66,22 kq) – Xavyer Reyes (65,99 kq)

Yarımorta çəki: Daniil Donçenko (77,44 kq) – Teodor Berqren (77,56 kq)

Ən yüngül çəki: Bekzat Almaxan (61,68 kq) – Jan Matsumoto (61,46 kq)

Yarımorta çəki: Tahir Abdullayev (77,33 kq) – Cefferson Nasimento (77,56 kq)

UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın!

Biletləri iticket.az saytından əldə edə bilərsiniz.