İdman

​"Türkiyəyə boynubükük qayıdırıq" -

Arda Güler

Metbuat.az

Dünya Çempionatının qrup mərhələsinin son matçında bu gün ABŞ yığmasını 3:2 hesabı ilə məğlub edən Türkiyə millisinin gənc ulduzu Arda Güler oyundan sonra açıqlama verib.

Metbuat.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Türkiyəni layiqincə təmsil edə bilmədikləri üçün məyus olduqlarını bildirib:

"Türk xalqının ümidlərini doğrulda bilmədik. Azarkeşlərin tənqidlərindən xəbərim var. Təəssüf ki, onlara layiq oyun nümayiş etdirmədik. Hətta deyərdim ki, çox pis oynadıq. Azarkeş nə desə, haqlıdır. Türkiyəyə boynubükük dönürük. Üzgünəm".