İdman

​Türkiyənin rəqibi heyətini açıqladı:

Görün kimlər var

Metbuat.az

2026-cı il FIFA Dünya Çempionatının başlanmasına bir neçə gün qalsa da, turnirdə həyəcan pik həddə çatıb.

Metbuat.az xəbər verir ki, D Qrupunda Türkiyə yığması ilə eyni qrupda yer alan Avstraliya heyətini açıqlayıb.

Azərbaycanlı azarkeşlərin də maraqla izlədiyi ay-ulduzluların qrupdakı ciddi rəqiblərindən olan Avstraliya 14 iyun bazar günü (Bakı vaxtı ilə səhər 08:00-da) Kanadanın Vankuver şəhərindəki "BC Place" stadionunda Türkiyə yığması ilə üz-üzə gələcək. Bu mühüm qarşılaşma öncəsi "Kenzurular"ın turnir üçün təyin etdiyi heyətdə Avropanın tanınmış klublarının üzvləri və diqqətçəkən adlar yer alıb.

Avstraliya Milli Komandasının 2026 Dünya Çempionatı üçün açıqlanan heyətində yer alan bəzi önəmli futbolçular bunlardır:

  • Yarımmüdafiə: Connor Metcalfe (St. Pauli), Paul Okon-Engstler (Sydney), Aiden O'Neill (New York City)
  • Hücum xətti: Nestory Irankunda (Watford), Mathew Leckie (Melbourne City), Awer Mabil (CD Castellon), Mohamed Toure (Norwich City), Nishan Velupillay (Melbourne Victory), Cristian Volpato (US Sassuolo), Tete Yengi (Machida Zelvia)
  • Xatırladaq ki, 2026 FIFA Dünya Çempionatında Türkiyə və Avstraliya ilə yanaşı, eyni qrupda ABŞ və Paraqvay milliləri də mübarizə aparacaq.