İdman

​"Trabzonspor" milli komandanın ulduzunu aldı

Metbuat.az

Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Metbuat.az xəbər verir ki, Trabzon təmsilçisi futbol üzrə Türkiyə yiğma komandasının üzvü Samet Akaydınla müqavilə imzalayıb. 32 yaşlı mudafiəçı 2027-ci ilin sonuna kimi "Trabzonspor"un şərəfini qoruyacaq.

Qeyd edək ki, Samet Akaydın Super Liqa təmsilçisi "Çaykuru Rizespor"da oynayırdı. Rize klubu ilə müqaviləsi başa çatan təcrübəli futbolçu öz arzusu ilə doğma komandanı tərk edib.