İdman

Şakira dünya çempionatları tarixində rekorda imza atdı

Metbuat.az

Kolumbiyalı müğənni Şakira futbol üzrə dünya çempionatları tarixində yeni rekord müəyyənləşdirib.

Metbuat.az xəbər verir ki, məşhur ifaçı 2006, 2010, 2014 və 2026-cı illərdə keçirilən mundial tədbirlərində səhnə alaraq buna nail olub. O, bu dəfə Dünya Kubokunun Meksikadakı açılış mərasimində rəsmi turnir mahnısı olan “Dai Dai”ni səsləndirib.

Bununla da Şakira dünya çempionatlarının açılış və rəsmi mərasimlərində dörd müxtəlif mundialda çıxış edən ilk sənətçi kimi tarixə düşüb.