İdman
"Real" transferə doymur -
Peresin yeni hədəfi bəlli oldu
“Real Madrid” Almaniya millisinin və Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekin transferi üçün yenidən rəsmi danışıqlara başlamağa hazırlaşır.
Metbuat.az xəbər verir ki, futbolçunun özü də karyerasını Madrid təmsilçisində davam etdirməkdə maraqlıdır. Məlumata görə, alman müdafiəçinin transferi üçün nəzərdə tutulan məbləğ 50-60 milyon avro arasında dəyişir.
Qeyd edək ki, bundan əvvəl "Real Madrid"in İbraima Konate və Denzel Dumfrislə razılıq etdiyi barədə xəbərlər dərc edilib.