İdman
"Real"ın planı "Barselona"nın həmləsini alt-üst etdi
“Real Madrid” “Atletiko Madrid”in futbolçusu Julian Alvarezi transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, Madrid təmsilçisi argentinalı hücumçunun transferi üçün rəsmi danışıqlara başlamaq ehtimalını müzakirə edir. İspaniya mətbuatında yayılan iddialara görə, “Atletiko Madrid” rəhbərliyi futbolçunu rəqibinə satmağa yalnız 150 milyon avro məbləğində təklif gələcəyi təqdirdə razılıq verə bilər.
İddia edilir ki, “Barselona” da hücumçunun xidmətində maraqlıdır. Kataloniya klubunun Alvarez üçün 100 milyon avroluq təklif göndərdiyi vurğulanır.