İdman
"Qarabağ" bu futbolçu ilə müqavilə imzaladı
"Qarabağ" futbolçusu Pedro Bikalyo ilə müqaviləni uzadıb.
Metbuat.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik müqavilə imzalanıb.
Razılaşmaya əsasən, 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər Ağdam təmsilçisinin formasını geyinəcək. 2025-ci ildən "Qarabağ"da çıxış edən Pedro Bikalyo bu müddətdə 51 oyunda meydana çıxıb və bir qol vurub.