İdman
“Qalatasaray” Osimhen üçün sərvət tələb edir
“Qalatasaray”ın futbolçusu Viktor Osimhenlə bağlı yeni transfer iddiası irəli sürülüb.
Metbuat.az xəbər verir ki, İngiltərənin “Çelsi” klubu futbolçunun vəziyyətini yaxından izləyir. “Sabah” qəzetinin məlumatına görə, “Qalatasaray” rəhbərliyinin “Çelsi”dən hələlik rəsmi təklif almadığı bildirilir.
Məlumata əsasən, “sarı-qırmızılılar” ulduz futbolçu üçün aşağı transfer məbləğinə razı deyil. Klub rəhbərliyinin Osimhen üçün 150 milyon avrodan aşağı təklifləri nəzərə almadığı qeyd olunur.