İdman

​“Qalatasaray” bu futbolçu üçün sərvət ödəyəcək

Metbuat.az

İstanbulun “Qalatasaray” klubu yeni mövsüm öncəsi transfer hazırlıqlarını sürətləndirərək növbəti hədəfini müəyyənləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, sarı-qırmızılı komanda “Real Madrid”in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqanı heyətinə qatmaq üçün hərəkətə keçib.

Məlumata görə, İstanbul təmsilçisi 23 yaşlı gənc ulduzun transferi üçün təxminən 40 milyon avroya yaxın nəhəng bir büdcə ayırıb. Klub rəhbərliyi futbolçunun özünə isə illik 8-10 milyon avro civarında maaş təklif etməyə hazırlaşır. İspaniya nəhəngi ilə 2029-cu ilə qədər müqaviləsi olan Kamavinqanın gələcəyi barədə son sözü “Real Madrid”in prezidenti Florentino Peres deyəcək.