İdman

Peres bu ulduzları transfer edəcək

Metbuat.az

"Real Madrid" növbəti transfer hədəfini müəyyənləşdirib.

Metbuat.az xəbər verir ki, Madrid təmsilçisi "İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfriesi heyətinə qatmaq istəyir. İspaniya mətbuatının məlumatına görə, transferin təxminən 20 milyon avro qarşılığında reallaşa biləcəyi bildirilir.

İddialara görə, Joze Mourinyo həm Denzel Dumfriesin, həm də İbrahima Konatenin transferinə razılıq verib. Lakin portuqaliyalı mütəxəssisin "Real Madrid"in baş məşqçisi olması Florentino Peresin prezident seçkilərində yenidən qalib gəlməsindən asılıdır.

Qeyd edək ki, Peres iyunun 7-də keçiriləcək prezident seçkilərində iş adamı Enrike Rikelme ilə mübarizə aparacaq.