İdman
Mourinyo ilə bağlı qərar verildi
“Real Madrid”in prezidenti Florentino Peres prezident seçkilərində qalib gələcəyi təqdirdə komandanın baş məşqçisinin Joze Mourinyo olacağını rəsmən açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə bəyanat Peresin seçki kampaniyası çərçivəsində yayılıb. İspaniya mətbuatının yazdığına görə, portuqaliyalı mütəxəssislə bağlı qərar artıq verilib. Bildirilir ki, Mourinyo ilə müqavilə məsələsində də razılıq əldə olunub.
Qeyd edək ki, Florentino Peres iyunun 7-də keçiriləcək prezident seçkilərində iş adamı Enrike Rikelme ilə mübarizə aparacaq. Rikelme daha əvvəl açıqlamasında seçiləcəyi halda Mourinyonun baş məşqçi olmayacağını bildirmişdi.