İdman
Levandovskidən “Fənərbaxça”ya müjdə
“Fənərbaxça”nın transfer siyahısında olan Robert Levandovskinin həyat yoldaşı Anna Levandovski futbolçunun Türkiyəyə gəlmə ehtimalı ilə bağlı sualı cavablandırıb.
Metbuat.az xəbər verir ki, Anna Levandovski sosial şəbəkədə ona ünvanlanan “Türkiyəyə gəlmə ehtimalınız varmı?” sualına cavab verib. Anna Levandovski suala “Türkiyə olacaq” deyə cavab verib.
Qeyd edək ki, “Fənərbaxça”da prezidentliyə namizəd Hakan Safi “Barselona” ilə müqaviləsi yekunlaşan Robert Levandovskiyə təklif irəli sürdüyü iddia edilib.