İdman

Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirildi

Metbuat.az

Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, tədnir Meksikanın paytaxtı Mexikodakı "Mexiko Siti Stadium"da təşkil olunub.

Rəngarəng şou proqramla yadda qalan mərasimdə məşhur musiqiçilər çıxış edirlər. İfaçılardan Şakira, Burna Boy, Cey Balvin, "Mana" qrupu, Tayla və Alexandro Fernandes açılış mərasiminə rəng qatırlar. Musiqili proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Açılış mərasimindən sonra dünya çempionatının ilk qarşılaşması keçiriləcək. Ev sahibi Meksika millisi Cənubi Afrika Respublikası yığması ilə üz-üzə gələcək.