İdman
FİFA-nın vəzifə verdiyi hakim ABŞ-yə buraxılmadı
2026-cı il dünya çempionatı ərəfəsində növbəti qalmaqal yaşanıb.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, bu dəfə Somalidən olan hakim Omar Abdulkadir Artan ABŞ-yə buraxılmayıb. O, Mayami hava limanından İstanbula yola salınıb. FİFA və Somali Futbol Federasiyası hadisə ilə bağlı hər hansı açıqlama verməyib.
Qeyd edək ki, Omar Abdulkadir Artan 2025-ci ildə Afrika Futbol Federasiyası tərəfindən "Afrikanın ən yaxsı hakimi" seçilib.
Xatırladaq ki, ABŞ ötən həftə futbol üzrə İran yığma komandasının bir neçə üzvünə viza verməkdən imtina edib.