İdman

“Fənərbağça”nın yeni prezidenti o oldu

Metbuat.az

Türkiyənin nəhəng futbol klublarından olan “Fənərbağça”da keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri açıqlanıb.

Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, klub üzvlərinin səsverməsinin yekununa əsasən, keçmiş prezident Aziz Yıldırım yenidən klubun prezidenti seçilib.

Qeyd edək ki, Aziz Yıldırım 1998–2018-ci illərdə “Fənərbağça”nın prezidenti olub və bu müddətdə klub bir sıra uğurlara imza atıb. O, 2026-cı ildə yenidən namizədliyini irəli sürərək prezident postuna qayıdacağını açıqlamışdı.