İdman
Dünyanın ən bahalı futbolçusu açıqlandı
İsveçrənin Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin hesabatına görə, Lamine Yamal hazırda dünya futbolunun ən dəyərli oyunçusu hesab olunur və onun bazar dəyəri 350 milyon avroya yaxın göstərilir.
Metbuat.az xəbər verir ki, siyahıda gənc ulduz birinci pillədə qərarlaşıb. Onun arxasında isə dünya futbolunun aparıcı adları yer alıb.
Siyahıya əsasən, Lamine Yamal 343 milyon avro ilə liderdir. Erlinq Holann 255 milyon avro ilə ikinci, Kilian Mbappe 201 milyon avro ilə üçüncü sıradadır.
Dördüncü pillədə Cude Bellinqhem 153 milyon avro, beşinci yerdə isə Mişel Olise 137 milyon avro ilə qərarlaşıb.
Hesabat futbolçuların cari performansı, yaşı və potensial inkişaf göstəriciləri əsasında hazırlanıb.