İdman
DÇ 2026-da daha bir oyun baş tutdu
Futbol üzrə dünya çempionatında İsveçrə Qətərlə qarşılaşıb.
Metbuat.az xəbər verir ki, "San Francisco Bay Area" stadionunda keçirilən B qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.
Hesabı 17-ci dəqiqədə avropalılar açıblar. Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib. Qətər yalnız 90+4-cü dəqiqədə Bualem Kuxinin qolu ilə məğlubiyyətdən xilas olub.
Qeyd edək ki, bu qrupun Kanada - Bosniya və Herseqovina oyunu da 1:1 hesabı ilə yekunlaşıb