İdman

​"Çelsi" Osimen üçün kisənin ağzını açdı

Metbuat.az

Nigeriya mətbuatı Viktor Osimenin tezliklə "Qalatasaray"ı tərk edəcəyini yazıb. Xarici media 26 yaşlı futbolçunun yeni mövsumü Avropanın məşhur klublarından birində keçirəcəyini iddia edib.

Metbuat.az xəbər verir ki, ulduz futbolçunun xidmətində maraqlı olan Avropa klubunun adı açıqlanıb. Məlum olub ki, İngiltərə nəhəngi "Çelsi" qaradərili futbolçunu heyətinə qatmaq istəyir.

Nigeriya mətbuatı mövsumü 10-cu sırada başa vuran "Çelsi"nın Osimenin transferi üçün "Qalatasaray"a 130 milyon avro təklif etdiyini yazıb. "Qalatasaray"ın isə bu keçidin reallaşması üçün 150 milyon tələb etdiyi bildirilir.